Mugham ətirlərinin Şərq premiyerası baş tutdu - VİDEO

Mugham ətirlərinin Şərq premiyerası baş tutdu - VİDEO
SOSİAL
23:39 15.02.2023
181
Mugham ətirlərinin Şərq premiyerası baş tutub.

AZXEBER.COM xəbər verir ki, "Mugham” Birləşmiş Ərəb Əmirliklərində "Dubai Turism"in dəstəyi ilə baş tutan "MEFEX” (Middle East Fragrance Expo) beynəlxalq ətir sərgisində iştirak edib. 

Müxtəlif dünya brendlərinin qatıldığı "Dubai Shopping Festival 2023” çərçivəsində "Mugham” ətirləri 4000-dən çox qonağa təqdim olunub. 

"MEFEX” (Middle East Fragrance Expo) beynəlxalq sərgisində həmçinin dünya miqyaslı ən mötəbər parfüm şirkətləri öz məhsullarını nümayiş etdirib. 

Qeyd edək ki, "Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq  satışa çıxarılır. Fransada istehsal edilən "Mugham” parfüm brendinin "Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.

"Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da satılır.
 

OXŞAR XƏBƏRLƏR