“Mugham” milli parfüm brendinin Türkiyədə növbəti nailiyyətləri

“Mugham” milli parfüm brendinin Türkiyədə növbəti nailiyyətləri
İQTİSADİYYAT
15:15 30.01.2025
756
Azərbaycanın qədim mədəniyyətindən, musiqi irsindən və ədıbiyyatından ilhamlanaraq yaradılan "Mugham” ətri yeni bir uğura imza atıb. 

AZXEBER.COM xəbər verir ki, "Mugham” brendinin mətbuat katibi Rəvan Rədin açıqlamasına görə , brend Türkiyədə patent hüququ əldə edərək, beynəlxalq bazarda öz hüquqi müstəqilliyini və orijinallığını daha da möhkəmləndirdi. Bu nailiyyət həm Azərbaycanın qlobal miqyasda mədəni tanıtımı, həm də yerli istehsalın beynəlxalq səviyyədə rəqabətə davamlı olduğunu bir daha sübut edir. Mugham Perfume Fransada istehsal olunan, Azərbaycanın zəngin tarixini və milli kimliyini təcəssüm etdirən premium ətir markasıdır. Unikal kompozisiyalarında milli musiqimizdən ilhamlanan ətir notları, Azərbaycanın irsini beynəlxalq auditoriyaya tanıdır. Türkiyədə patentləşmə prosesi isə  brendin hüquqi mühafizəsini təmin etməklə yanaşı, yeni bazarlarda genişlənmək üçün də qapılar açır.

Patentləşmə ilə yanaşı, "Mugham” Parfüm Türkiyə mətbuatında da geniş yer aldı. Türkiyənin nüfuzlu və tanınmış media agentlikləri " Sabah” " Milliyet” " Vatan” " Marie Claire” Mugham brendi haqda öz buraxılışlarında müxtəlif məqalələrə yer verib.Ölkənin nüfuzlu qəzet və xəbər portalları Mugham-ı "Musiqi və ətrin ahəngi”  "Azadlığı hiss et” kimi təsvir edir. Məqalələrdə məhsulun yüksək keyfiyyəti, lüks Fransız istehsalı və hər flakonun milli musiqimizin, poeziyamızın və muğamın ruhunu daşıdığı xüsusi vurğulanıb.

Qeyd edək ki, "Mugham” Azərbaycandan ilhamlanan ilk fransız ətri olmaq ideyası ilə yaradılmışdır.   Brendin Ətir kolleksiyası Fransada məhdud sayda buraxılıb. 

Ətir Azərbaycandan olan yeganə niş ətirdir və qlobal niş ictimaiyyətinə təqdim edilən ilk Azərbaycan lüks ətir brendidir.

Belə ki, "Mugham” yalnız bir ətir deyil, milli dəyərlərin qlobal səviyyədə ifadəsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib