"Bu ay mağazamızın açılışının 3 ili tamam olur. Əvvəldən bizimlə olan hər kəsə təşəkkür edirik. Biz məhz sizin diqqət və sevginizlə qlobal səviyyədə böyüdük”.
"Mugham” bu fikirləri sosial şəbəkədəki səhifəsində paylaşaraq onunla birlikdə addımlayan hər kəsə təşəkkürünü bildirib.
"Mugham” bu illər ərzində müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək, BƏƏ, Fransa, İtaliya və digər ölkələrdə təmsil olunub.
Qeyd edək ki, "Karabakh 1752” ətri Şuşa şəhərinin əsasının qoyulduğu ili əks etdirir. Qablaşması Gövhər Ağa məscidinin minarə naxışlarından ilhamlanaraq tərtib edilən parfüm Qarabağ regionuna xas güllərdən hazırlanıb.
"Xatırladaq ki, "Mugham” ətirləri nadir və dayanıqlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən "Mugham” parfüm brendinin "Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.
"Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da satılır.