Xəbər verdiyimiz kimi, İsrail-Qəzza müharibəsi bir neçə gündür davam edir.
AZXEBER.COM xəbər verir ki, İranın "Tesnim” xəbər agentliyinin məlumatına görə, rəsmi təmaslar üçün Qətərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Fələstindəki son vəziyyətin qiymətləndirildiyi iclasda Abdullahiyan deyib:
"Əgər sionist rejimin (İsrail) Qəzzanın müdafiəsiz xalqına və vətəndaşlarına qarşı hücumları davam edərsə, heç kim vəziyyətin nəzarət altında olacağına və qarşıdurmaların baş verməyəcəyinə zəmanət verə bilməz”.
Abdullahiyan ABŞ-nin hamıya mülayim davranmağı tövsiyə etdiyini, lakin o, buna əməl etmədiyini və İsrailə hərtərəfli dəstəyini artırdığını vurğulayıb.
İranlı nazir İsrailin Qəzzaya hücumlarını dərhal dayandırmalı olduğunu vurğulayıb.
Ayşən