Kremlin sözçüsü Dmitri Peskov İsveçrənin "Die Weltwoche" nəşrinə müsahibəsində belə deyib.
Peskovun sözlərinə görə, bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski qəti qərar qəbul etməlidir.
"Ukrayna qoşunları Donbasdan və hazırda Rusiya Federasiyasının tərkib hissəsi hesab olunan regionlardan çıxarılmalı, situasiya de-fakto qəbul edilməlidir. Bu baş verərsə, hərbi əməliyyatlar səhəri gün dayandırılacaq”, – Kremlin sözçüsü qeyd edib.
Onun sözlərinə görə, Moskva qarşıya qoyduğu məqsədlərə nail olana qədər əməliyyatları davam etdirəcək.











































