Müharibə dayansa, Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək? - TƏHLİL

Müharibə dayansa, Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək? - TƏHLİL
MANŞET
16:27 01.04.2022
1248
Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin sonu necə olacaq?
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sülh danışıqları və atəşkəs müzakirələri Qərbin Rusiyaya qarşı sanksiyalarının ləğv edilib-edilməməsi lazım olduğunu bir daha gündəmə gətirib.
 
Moskvada yerləşən analitik mərkəzinin proqram direktoru İvan Timofeyev sanksiyaların ləğv edilib-edilməməsi və dondurulmuş aktivlərin başına nə gələ biləcəyi ilə bağlı fikirlərini söyləyib.
 
Timofeyev ABŞ rəsmiləri hərbi əməliyyatların tamamilə dayandırılacağı təqdirdə Vaşinqtonun əvvəllər görülən tədbirləri aradan qaldıracağını, ABŞ-ın isə Moskvanı danışıqlara məcbur etmək üçün sanksiyalardan stimul kimi istifadə etməyə çalışdığını bildirib:
 

 
"Burada məntiq sadədir: münaqişənin davam etməsi sanksiyaların artırılması, münaqişənin sonu isə onların ləğvi və ya azaldılması deməkdir. Amma bu sadə və məntiqli model praktikada işləməyə bilər. Moskva sanksiyaların ləğvinə inanmır və şübhələnir ki, ola bilər bir sıra yeni tələblər olsun. Sanksiyaları yenidən gündəmə gətirmək olarmı? Bəli, mümkündür. Bununla belə, sanksiyaların azaldılması müəyyən parametrlərin müzakirəsini tələb edir".
 
Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin əsas hissələrinə toxunan Timofeyev bildirib ki, bunlardan birincisi Mərkəzi Bank, Maliyyə Nazirliyi və Milli Sərvət Fonduna qarşı sanksiyalardır.
 
Bu sanksiyalarla bağlı Timofeyev deyib: "Söhbət Rusiyanın Aİ-dəki ehtiyatlarının dondurulmasından gedir. Bu vəsaitlərin bir hissəsinin Silahlı Qüvvələrin və infrastrukturun bərpası üçün Ukraynaya köçürülməsi ehtimalı var”.
 
ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalarla bağlı çoxlu qanun layihələri olsa da, onların əksəriyyəti hələ qüvvəyə minməmişdir. Digər tərəfdən, Timofeyev Rusiyanın ABŞ-a qalıq yanacaq tədarükünün qanuni dayandırılmasını və normal ticarət əlaqələrinin dondurulmasını təklif edən 2 qanun layihəsinin artıq Nümayəndələr Palatasından keçdiyini bildirib.
 
O vurğulayıb ki, əgər ABŞ qanunlarına daxil edilərsə, onları ləğv etmək praktiki olaraq mümkün olmayacaq.
 
Avropa İttifaqına gəlincə, Timofeyevin sözlərinə görə, sanksiyaların ləğvi və ya yumşaldılması üçün Avropa Şurasının yekdil qərarı tələb olunacaq.
 
Böyük Britaniyada isə icra hakimiyyətinin sanksiyaların dəyişdirilməsində çox geniş manevrlərə malik olduğu və əhəmiyyətli dərəcədə azaldıla biləcəyi bildirilir.
 
Nəticə etibarı ilə sanksiyaların götürülməsi ABŞ-a nisbətən daha asan tətbiq oluna bilər.
 
Üçüncü ehtimalı dəyərləndirən Timofeyev onu da xatırladır ki, Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunsa belə, siyasi səbəblərə görə sanksiyalar qismən və ya tamamilə qala bilər.
 
Qeyd edək ki, Rusiya ehtiyatlarına əlavə olaraq, çoxlu sayda Rusiya vətəndaşının xaricdə dondurulmuş aktivlərinə qaytarılma ehtimalının az olduğu və onların Qərbdən Ukraynaya hərbi və mülki yardımın maliyyələşdirilməsi üçün istifadə olunacağı bildirilir.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR