Müharibə əlilləri və şəhid ailələri üçün ev tikilir

Müharibə əlilləri və şəhid ailələri üçün ev tikilir
11:14 20.03.2013
1445

Qax şəhərinin Gənclik yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni evin tikintisinə başlanılıb.

AZXEBER.COM-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən 4 mərtəbəli yaşayış binasındakı mənzillərin hər biri ikiotaqlı olacaq. Hazırda binanın özülü qoyulur.Obyektin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. İcra sturukturundan o da bildirilib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə son illər Qax rayonunda hər biri 16 mənzilli iki yaşayış binası, habelə 6 fərdi ev tikilərək istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR