İsrail "əməliyyat planları hazırlayırıq" deyərək hədəf ölkəsini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağının şimalındakı Beyt Hanun və Beyt Lahya oxunda və Qəzza şəhər mərkəzinin qərbindəki məhəllələrdə İsrail ordusu ilə Fələstin müqaviməti arasında qarşıdurmalar davam edir.
İki həftədir davam edən müharibə öz şiddətilə davam edir.
Bununla kifayətlənməyən İsrail müharibəni genişləndirmək planları qurur.
İsrail Baş Qərargah rəisi Herzi Halevi ölkənin şimalındakı komanda mərkəzinə baş çəkib.
Halevi 8 oktyabrdan bəri Hizbullah və digər Fələstin silahlı qrupları ilə qaynar toqquşmaların yaşandığı şimaldakı Livan sərhədinə işarə edərək "Şimal üçün əməliyyat planları hazırlayırıq. Bizim məqsədimiz təhlükəsizliyi təmin etməkdir. ”,- deyə bildirib.
Ayşən