25.05.2024 tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən profesissional K1 üzrə Azərbaycanı təmsil edən Ramin Alışov erməni əsilli rəqibini döyüşün 1-ci raundunda nokaut edib.
AZXEBER.COM xəbər verir ki, Ramin Alışov 2023-cü ildə Xankəndi istiqamətində gedən antiterror əməliyyatlarının iştirakçısı olub.
O, eyni zamanda Alpaqut idman növü ilə də məşğuldur.
Ramin Alışov bu zamana qədər Alpaqut Turan döyüş sənəti üzrə 2017-ci dünya kuboku qalibi, 2018-ci il 1-ci dünya çempionatının qalibi, 2019-cu il dünya çempionatının qalibi, 2021-ci il Avrasiya Çempionu, 2022-ci il Dünya kubokunun qalibi olub.