Müharibə yenidən alovlandı: Rusiya Xarkovu bombaladı

Müharibə yenidən alovlandı: Rusiya Xarkovu bombaladı
DÜNYA
02:08 02.10.2023
302
Rusiya yenidən PUA-larla Ukraynaya hücum edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən açıqlama verilib.
 
Açıqlamada Rusiyanın həyata keçirdiyi hücumda İran istehsalı olan 30 ədəd "Şahed” PUA-dan istifadə edildiyi bildirilib.
 
Sözügedən PUA-lardan 16-nın Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd edilib.
 
Xarkov Vilayəti Hərbi İdarəsindən verilən açıqlamada Rusiya ordusunun 3 ədəd S-300 raketi ilə şəhərə hücum etdiyi bildirilib.
 
Raketlərin vurulması nəticəsində yanğın baş verib, lakin hücumda ölən və ya yaralananların olub olmadığı barədə məlumat verilməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR