- Özünüzü oxucularımıza təqdim edin.
- Mən Şabanov Vüsal Zabit oğlu, 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşam. Liseyi bitrdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuşam. Oranı da bitirdikdən sonra leytenanat rütbəsi ilə ön cəbhəyə yollanıb, xidmət etmişəm.
- Hansı döyüşlərdə iştirak etmisiniz?
- Həm "Aprel döyüşlərində” həm də "Vətən müharibəsində” iştirak etmişəm. 44 günlük Vətən Müharibəsində, Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənin basdırdığı minaya düşdüm. Nəticədə sol ayağımın 1/3 hissəsini itirdim. Şəxsi heyətin olmasına baxmayaraq, komandir olduğum və öndə tək getdiyim üçün yaralanan tək mən oldum. Minaya düşdükdən sonra ilkin tibbi yardım Tərtərdə edildi. Daha sonra Bakıya silahlı Qüvvələrin hərbi hosbitalına yerləşdirildim. Sol ayağım protezlə təmin olunub.
![](https://azxeber.com/file/pic/xeber/2022-11/1667300597_78d744e3-f5c7-451a-88c1-d2ff22e426cf.jpg)
- Müharibənin başlaması xəbərini aldıqda hansı hissləri keçirdiniz?
- Ön xətdə qulluq etdiyim üçün, ermənilərin hər zaman fəaliyyətini görüb-izləyirdik. Bunu əminliklə deyə bilərəm ki, ordumuzun döyüş qabiliyyəti Ermənistan ordusundan hər zaman üstün olub. Bizə əmr lazım idi torpaqlarımızı düşmən tapdağından azad edək. Bu da sentyabrın 27-si baş verdi. Hər zaman olduğu kimi, təxribata əl atan düşmən ordusunun cavabı layiqincə verildi. Döyüş vaxtı şəhidlərimizin olması, şəxsi heyətdən olan itkilər komandir kimi mənə də pis təsir edirdi. Döyüş yoldaşənı itirdiyi üçün insan sarsılırdı. Ancaq işğal altında olan torpaqları azad etdikcə, balanslaşdırılmış bir əhval-ruhiyyə yaranırdı.
- Müharibə zamanı hansı çətinlikləri yaşadınız?
- Ərazi relyefinin çətin olmasına görə müharibənin ilk günləri müəyyən çətinliklər olurdu. Həm də həmin ərazilər sıx mina ilə minalanmışdı. Bu bizim işimizi ləngidirdi. İlk gündən düşmənə gücümüzü göstərdik və düşmənin beli qırıldı. Bundan sonra hər gün irəli getməyimiz daha asanlaşdı.
- Kimin itkisi sizə daha çox təsir etdi?- Bütün döyüş yoldaşlarımızın itkisi mənim üçün ağırdır. Onların hansı şəraitdə və necə şəhid olmaqlarını deyə bilmirəm, dilimə gətirə bilmirəm. İstəməzdim onları itirim. Sizinlə danışdıqca həmin səhnələr gözümün önündə canlanır.
- Ayağınızın 1/3 hissəsini itirdiyiniz ərazilərə getmək istərdiniz?
- Ayağımı itirdiyim əraziyə getmək təklif olunsa da, hələ həmin yerlərə getməmişəm. Ancaq Şuşaya getmişəm.
- Mən bu peşəni seçəndə buna psixoloji olaraq hazır idim. Buna görə heç bir zaman hefislənməmişəm.
![](https://azxeber.com/file/pic/xeber/2022-11/1667300519_b3f72439-c2cc-440d-bc21-736f04dbd5fa.jpg)
- Yenidən orduya qayıtmaq imkanınız olsa qayıdardınız?
- Əgər mənə ehtiyac duyularsa, zabit kimi ordu sıralarına qatılmağa hazıram.
- Protezlə təmin olunduqdan sonra, prezident İlham Əliyev və Mehriban Əliyeva ilə Abşeron şəhərciyində görüşümüz oldu. Prezident tərəfindən mənzil və avtomobillə mükafatlandırıldım. Mənzil təqdim olunan zaman Prezident ayağımla, protezin rahat olub-olmaması ilə maraqlandı.
- Xeyr, heç bir çətinlik yaratmır. Əksinə, bu gün çox rahat şəkildə idman edib, futbol da oynayıram. Məşğulluq marafonu çərçivəsində özəl şirkətlərin birində işlə də təmin olunmuşam.
Günel Hüseynli