Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin təslim olması Ermənistanı dərindən silkələyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İrəvanda hökumət binaları qarşısına toplaşanlar polislə toqquşub və baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.
Yerli media səhər saatlarında polis müşayiəti ilə Yerablur hərbi abidəsinə girməyə cəhd edən siyasətçilərin 2020-ci ildə müharibədə həlak olan əsgərlərin ailələri tərəfindən qarşısını aldığını yazıb.
Paşinyanın partiyası, parlamentin deputatları Ovik Ağazaryan, Akop Aslanyan və hərbçi ailələri arasında mübahisə qısa zamanda davaya çevrilib.
Müharibədə həlak olan əsgərin yaxınları Ağazaryanı yumruqlayıblar.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda axşam saatlarında yenidən nümayişlərin keçiriləcəyi gözlənilir.
Mikayıl