Tusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 164 910 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 532 tank, 6 853 zirehli maşın, 2 568 artilleriya sistemi, 507 reaktiv yaylım atəşi sistemi, 268 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2159 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 408 avtomobil texnikası və avtosistern, 262 xüsusi texnikadan ibarətdir.