Müharibənin gedişatını dəyişən qərar: Təyyarədaşıyan donanma İsrailə yola düşür

Müharibənin gedişatını dəyişən qərar: Təyyarədaşıyan donanma İsrailə yola düşür
DÜNYA
10:39 09.10.2023
225
ABŞ-nin müdafiə naziri Lloyd Austin HƏMAS-ın başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün təyyarədaşıyan donanmanın Şərqi Aralıq dənizinə göndərilməsi əmrini verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nazir Lloyd Austinin HƏMAS-ın başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan donanma göndərilməsi ilə bağlı təlimat verdiyi məlum olub.

ABŞ Hərbi Hava Qüvvələrinin bölgədəki F-35, F-15, F-16 və A-10 döyüş təyyarələri donanmalarının artırılması üçün addımlar atıldığı ifadə edilərək bəyanat paylaşılıb.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ bu gündən etibarən İsrail ordusuna döyüş sursatı da daxil olmaqla əlavə avadanlıq və qaynaqlar verməyə davam edəcək.

Ayşən
OXŞAR XƏBƏRLƏR