Müharibəyə görə Ukraynadan qaçan erməni biznesmen vətənində güllələnib

Müharibəyə görə Ukraynadan qaçan erməni biznesmen vətənində güllələnib
DÜNYA
11:54 04.06.2023
186
Ermənistanın Qeqarkunik rayonunda sakinlər arasında atışma olub.

Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb.

Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları bildirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR