"Müharibəyə tam hazırıq" - İrandan xəbərdarlıq

"Müharibəyə tam hazırıq" - İrandan xəbərdarlıq
SİYASƏT
13:39 27.01.2026
379
İran hökumətinin sözçüsü Fatma Mohacerani "ölkə problemləri diplomatiya yolu ilə həll etməyə üstünlük verir, lakin milli maraqları qorumaq üçün digər variantları da masada saxlayır" deyə açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, İran hökumətinin sözçüsü Fatma Mohacerani Tehranda jurnalistlərə açıqlama verərək ölkəsinin münaqişə zonalarındakı məsələlərdə dialoqa üstünlük verdiyini, amma müharibə üçün tam hazır olduqlarını bildirib.

Mohacerani xarici mətbuatda İrana qarşı müharibə təsəvvürünün yaradıldığını və bunun xalq arasında narahatlıq yaratdığını qeyd edib.
 
O əlavə edib: "Prioritetimiz problemləri diplomatiya yolu ilə həll etməkdir. Bununla belə, digər variantlar da gündəmimizdədir. Biz müharibəyə tam hazırıq."

Hökumət sözçüsü həmçinin ölkədə baş vermiş etirazlarda 3.000-dən çox insanın həyatını itirməsini xatırladaraq, təhlükəsizlik qüvvələrinin zorakılıqlarını unutmadıqlarını vurğulayıb. Mohacerani qeyd edib ki, hökumət dinc nümayişlərin liderləri ilə görüşlər keçirib, tələbələrə qarşı sərt mövqe tutan bəzi universitet rəhbərləri isə işdən çıxarılıb.

O, etirazlarla bağlı araşdırmaların davam etdiyini və hesabatların yaxın günlərdə dərc olunacağını da bildirib.
OXŞAR XƏBƏRLƏR