Türkiyədəki seçkidən sonra ilk açıqlama prezidentliyə namizədliyini geri götürən Memleket Partiyasının lideri Muharrem İncedən gəlib.
AZXEBER.COM xəbər verir ki, Memleket Partiyasının sədri Muharrem İnce sosial media hesabından açıqlama verib.
Seçkidən sonra gənclərə müraciət edən İnce deyib:
"Gənclər, övladlarım, deyirik ki, ümidsiz vəziyyət yoxdur. Ümidsiz insanlar var. Biz "Mən heç vaxt ümidimi itirməmişəm” deyən Mustafa Kamal Atatürkün yolunu gedənlərik. Özünüzü incitməyin, heç vaxt ümidsiz olmayın. Hər zaman ümid var”.
Ayşən