"Muharrem İncenin səs bazasının əsas hissəsi bizə gələcək”

"Muharrem İncenin səs bazasının əsas hissəsi bizə gələcək”
DÜNYA
13:08 12.05.2023
264
ATA İttifaqının Türkiyə prezidentliyinə namizədi Sinan Oğan ürəyini Muharrem İnceyə bağlayan seçicilərin onlara üz tutacağını bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Memleket Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürdükdən sonra  ATA İttifaqının Türkiyə prezidentliyinə namizədi Sinan Oğanın bugünkü Antalya proqramını ləğv etməsi ilə səhnə kulislərində gərginlik yaşanıb.

Eyni zamanda Sinan Oğanın namizədliyini geri götürdüyü iddiası gündəmə gəlib.

"Habertürk” verilişinə qatılan Sinan Oğan namizədin lehinə geri çəkiləcəyi ilə bağlı deyilənləri təkzib edib. 

İnceyə sadiq olan seçicilərin onu dəstəkləyəcəyini deyən Oğan "Deyə bilərəm ki, cənab İncenin səs bazasının əsas hissəsi bizə gələcək”, deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR