Mehin bu dəfə Faiq Ağayevin repertuarından oxudu - VİDEO

Mehin bu dəfə Faiq Ağayevin repertuarından oxudu - VİDEO
MAQAZİN
12:59 14.03.2026
140
Müğənni Mehin Hümbətova bu dəfə Xalq artisti Faiq Ağayevin repertuarına müraciət edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi yeni akustik layihəsində "Aldatdı məni” mahnısını səsləndirib.

"2000-ci illərin hit mahnıları albomunda sevərək ifa etdiyim "Aldatdı məni” mahnısını bizə respublikanın Xalq artisti, sənətinə və şəxsiyyətinə rəğbət bəslədiyim Faiq Ağayev sevdirib. Bu mahnını ondan sonra ifa etmək həm böyük məsuliyyət, həm də şərəfdir mənim üçün. Əlbəttə ki, ilk olaraq onunla bölüşdüm bu ifanı. Bəyəndiyinizə çox sevindim, sizi sevirəm, Faiq Ağayev”, - deyə, Mehin sosial media hesabında yazıb.
F.Ağayev isə ona "Uğur olsun” şərhini yazıb.

Qeyd edək ki, mahnının sözləri Xanım İsmayılqızına, musiqisi Novruz Aslana aiddir.

Onu da bildirək ki, Mehin bu layihədə ilk Xalq artisti Aygün Kazımovanın "Əcəb yaraşırıq” mahnısını təqdim edib.
 

OXŞAR XƏBƏRLƏR