'Muhteşem Yüzyıl' çəkilişi dayandırdı - FOTO

DÜNYA
15:14 03.06.2013
2464
Ən çox izlənən türk seriallarından olan "Muhteşem Yüzyıl"ın çəkiliş heyəti "Gezi parkı" aksiyalarına dəstək üçün çəkilişləri saxlayıb. AZXEBER.COM-un türk mətbuatına istinadən verdiyi məlumata görə, səhər tezdən çəkiliş məkanına gələn heyət günorta çəkilişi saxlayıb. Hazırda heyət Taksim meydanına doğru yola çıxmağa hazırlaşır. Onlar Türkiyə vaxtı ilə saat 14:00-da adıçəkilən parkda olacaq.Bu barədə məlumatı aktyorlardan biri Serkan Altunorak "Twitter" hesabında elan edib.

OXŞAR XƏBƏRLƏR