Fateh Sultan Mehmedin həyatından bəhs edən “Osmanlı silləsi” teleserialı nümayişə hazırlanır.
AZXEBER.COM “Habertürk”ə istinadən xəbər verir ki, yeni teleserial aprel ayından etibarən, TRT-1 kanalında nümayiş etdiriləcək.
Məlumata görə, TRT-1 “Birzamanlar Osmanlı - Qiyam” serialının uğursuzluğundan sonra bu serialın çəkilişinə xüsusi diqqətlə yanaşıb. Qeyd olunur ki, “Osmanlı silləsi”nin ilk bölümündə tək İstanbulun fəthi səhnəsinin çəkilişinə təqribən 340 min dollar xərclənib.
Bu qədər vəsaitə 4 xüsusi qüllə tikilib, 5 top tökülüb, 5 xüsusi məntəqə inşa edilib, yüzlərlə atlı əsgər üçün dövrünə uyğun döyüş geyimləri hazırlanıb.
Serialda baş rolu (Fateh Sultan Mehmed) İsmail Hacıoğlu, İstanbul adlı qadını isə onun həyat yoldaşı Vildan Atasever canlandıracaq. Bundan başqa, filmdə Fatehin müəllimi Ağşəmsəddin rolu məhşur aktyor Mazhar Alansona həvalə edilib.
Maraqlıdır ki, İ.Hacıoğlu və V.Atasever karyeralarında ilk dəfə eyni filmdə tərəf müqabili olacaqlar.