Mükafatı aldıqdan sonra Trampa zəng edib

Mükafatı aldıqdan sonra Trampa zəng edib
DÜNYA
14:29 11.10.2025
287
 
ABŞ Prezidenti Donald Tramp 2025-ci il Nobel Sülh mükafatı laureatı və Venesuela müxalifətinin lideri Maria Corina Maçadonun ona zəng etdiyini bildirib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə danışıb.

"Mən demədim ki, o, mükafatı mənə verməlidir. Amma düşünürəm ki, verə bilər”, - ABŞ lideri zarafatla deyib.

Qeyd edək ki, M. Corina ötən gün Nobel Sülh mükafatını Venesuela xalqına və ABŞ Prezidenti Donald Trampa həsr etdiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bu ilin yayında Nobel Sülh mükafatına namizəd göstərilmişdi. O, dünyanın bir sıra qaynar nöqtələrindəki münaqişələrin həllində yaxından iştirak etdiyini iddia edərək sözügedən mükafatı qazanmaq istədiyini dəfələrlə bəyan etmişdi.
 
\"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR