Multikulturalizm Mərkəzi ilə ICESCO arasında memorandum imzalanıb - FOTOLAR

Multikulturalizm Mərkəzi ilə ICESCO arasında memorandum imzalanıb - FOTOLAR
MƏDƏNİYYƏT
10:48 01.05.2025
1329
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Anlaşma Memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, sənədin imzalanmasında məqsəd multikultural dəyərlərin təşviqi, təhsil və mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də islam dünyasında dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsidir. Həmçinin əməkdaşlıq sülh şəraitində birgəyaşayışı təşviq etməyə, mədəniyyətlərarası və nəsillərarası dialoqu inkişaf etdirməyə, İslam Dünyasında və ondan kənarda gənclərin liderlik sahəsində gücləndirilməsinə yönəlib. Memoranduma əsasən hər iki təşkilat öz imkanlarından  istifadə edərək təsirli proqramlar yaratmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, liderliyi gücləndirmək və qlobal miqyasda sülhü irəli aparmaq üçün birgə fəaliyyət göstərməkdir.

İmzalanma mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanın multikultural dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq müstəvidə təbliğində Mərkəzin oynadığı rolu vurğulayıb. Bildirib ki, imzalanan memorandum BBMM ilə ICESCO arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: "İnanırıq ki, bu əməkdaşlıq vasitəsilə islam dünyasında mədəni müxtəlifliyin və qarşılıqlı anlaşmanın təşviqinə birgə töhfə verəcəyik. Həmçinin birgə layihələr, elmi tədqiqatlar və gənclərə yönəlik proqramlar vasitəsilə multikulturalizm dəyərlərinin daha geniş coğrafiyada tanıdılmasına nail olacağıq”.

Rəvan Həsənov vurğulayıb ki, bu cür beynəlxalq əməkdaşlıqlar Azərbaycanın multikulturalizm modelinin nümunəvi bir təcrübə kimi tanınmasında xüsusi rol oynayır və gələcəkdə daha genişmiqyaslı təşəbbüslərə zəmin yaradır.

ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov Anlaşma Memorandumunun əhəmiyyətindən danışaraq qurulan tərəfdaşlığın gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib: "Bu əməkdaşlıq yalnız iki qurum arasında deyil, həm də İslam dünyasında mədəni müxtəlifliyin, dinc birgəyaşayışın və qarşılıqlı hörmətin təşviqinə yönəlmiş qlobal səylərin bir hissəsidir. ICESCO olaraq biz, Azərbaycanı multikulturalizm sahəsində mühüm tərəfdaş kimi qiymətləndiririk. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə reallaşdıracağımız layihələrin həm regionda, həm də beynəlxalq səviyyədə əhəmiyyətli təsir göstərəcəyinə inanırıq”.

Anar Kərimov diqqətə çatdırıb ki, bu əməkdaşlıq ICESCO-nun əsas missiyası olan təhsil, elm və mədəniyyət sahələrində dialoqun və əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
17:26 01.09.2025
Mehriban Əliyeva və Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində iştirak ediblər - FOTOLAR
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
17:16 01.09.2025
"Hindistanın Azərbaycana qarşı bu səyləri heç bir nəticə verməyəcək"
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
17:14 01.09.2025
Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
17:09 01.09.2025
Reklam bazarında yeni mübarizə: “Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!” - VİDEO
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
17:00 01.09.2025
"Hindistanın bizə qarşı etdiyi yaramazlıq qətiyyən cavabsız qalmayacaq" - Deputat
Ərdoğan və Pezeşkian Çində görüşüb
16:38 01.09.2025
Ərdoğan və Pezeşkian Çində görüşüb
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
16:31 01.09.2025
Abşeronda polisindən əməliyyatlar - 5 kq narkotik vasitə aşkarlanıb
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
16:25 01.09.2025
Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
16:09 01.09.2025
Kreml: Von der Leyenin təyyarəsinin GPS sistemindəki nasazlığın Rusiyaya aidiyyəti yoxdur
Elyanə bu telekanalda aparıcılıq edəcək
16:05 01.09.2025
Elyanə bu telekanalda aparıcılıq edəcək
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
16:03 01.09.2025
“Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır”
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
16:00 01.09.2025
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olundu
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
15:59 01.09.2025
Ərdoğan: Qəzzada vəhşiliyin dayandırılmamasının heç bir izahı yoxdur
Qurban Qurbanovun oğlunun toyudur
15:41 01.09.2025
Qurban Qurbanovun oğlunun toyudur
 İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
15:34 01.09.2025
İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb
15:34 01.09.2025
Prezident: Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb