Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb - FOTOLAR

Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb - FOTOLAR
SOSİAL
16:23 27.01.2025
277
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri və universitet müəllimləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının, Xocalı soyqırımı və Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı  da soyqırımı törədildiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq. İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən Rəvan Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd edib. O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər. R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.

İsrailin ölkəmizdəki səfiri Corc Dik bildirib ki, bu gün tədbir iştirakçıları Holokost soyqırımı nəticəsində həlak olan yəhudiləri və nasist zülmünün bütün qurbanlarını xatırlamaq üçün toplaşıblar. Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. O, həmçinin İkinci Dünya müharibəsində həyatını itirən 300 mindən çox azərbaycanlının xatirəsini də ehtiramla yad etdiklərini bildirib. Səfir diqqətə çatdırıb ki, Azərbaycan regionda bütün dinlərə mənsub insanların harmoniya və azadlıq şəraitində necə birlikdə yaşaya biləcəyini göstərən mayakdır. O, İsrail xalqı adından Azərbaycana təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Holokost zamanı 6 milyondan çox yəhudi öldürülüb, onlardan 1,5 milyonu uşaqlardır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”