BMT Baş Assambleyasının Ümumdünya Sülh Gününün builki mövzusunu açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, builki Beynəlxalq Sülh Gününün mövzusu "sülh mədəniyyətinin yaradılması” olaraq müəyyən edilib.
Təşkilat mövzu çərçivəsində bütün dövlətləri baş verən münaqişələrin sülh yolu ilə həllinə və əməkdaşlığa təşviqinə diqqət yetirəcək.
BMT millətləri və fərdləri ayrı-seçkiliklə dolu bir dünyada hamı üçün dialoq, empatiya və insan haqlarına daha çox dəyər verməyə təşviq etməyi çağırıb.
Qeyd edək ki, 2001-ci ildə BMT Baş Assambleyası tərəfindən yekdilliklə "Beynəlxalq Sülh Günü” kimi tanınan Ümumdünya Sülh Günü hər il sentyabrın 21-də qeyd edilir.
Cəmalə