Ümumi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ümumi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başladı
SOSİAL
23:22 09.02.2024
330
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə inklüziv siniflərin açılması planlaşdırılır.

"Report”un məlumatına görə, Şirvan-Salyan Regional Təhsil idarəsi korreksiyaedici pedaqoq mütəxəsislərinin işə qəbulu ilə bağlı müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər 9 fevral- 14 fevral 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə uğur qazanmış namizədlər Şirvan-Salyan RTİ üzrə açılması planlaşdırılan inklüziv siniflərin fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrində loqoped-defektoloq kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, vakansiya üçün korreksiya pedaqogikası yaxud loqoped-defektoloq ixtisasını bitirmiş şəxslər müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR