“Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı”

“Ümummilli Liderin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı”
SİYASƏT
12:29 03.04.2023
450
"Cənab Prezident tamamilə doğru söylədi ki, Laçın həmin zaman kəsiyində hakimiyyət uğrunda mübarizənin qurbanı oldu. Bir tərəfdən Ayaz Mütəllibovun səriştəsiz hakimiyyəti onun Azərbaycan içərisində dayaqlarını tamamilə sarıtmışdı. Xocalı soyqırımı da artıq son damla oldu və ayağa qalxan xalq onu hakimiyyətdən uzaqlaşdırdı”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Laçının işğal dövründən danışarkən deyib.

Deputat əlavə edib ki, sonradan yenidən hakimiyyətə qayıdan və qayıtdığı kimi də yenidən hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibovdan sonra faktiki olaraq ölkə idarəolunmaz bir vəziyyətə düşdü:

"Xüsusi olaraq, hakimiyyətə can atan Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü erməni işğalçılarına qarşı mübarizə aparmadı, Laçını müdafiə etmədi, Laçın da son dərəcə ciddi strateji əhəmiyyət kəsb edən yer idi, çünki Ermənistanı Qarabağla birləşdirən yeganə yol Laçından keçirdi. Burada ermənilərin qarşısını almaq almaq olardı. Ən azı Laçınla Ermənistan arasındakı dağ yolunu adi amunalla partlatmaq mümkün idi ki, əlaqə kəsilsin və separatçılara kömək olmasın. Bu da edilmədi və oradakı müdafiə dəstələri də Bakıya dəvət olundu. Onlar da artıq Bakıda cəmləşdi ki, hakimiyyət uğrunda gedən mübarizənin bir hissəsinə çevrilsinlər və onlardan istifadə olunsun. 

Deputat deyib ki, Laçının işğalı ilə Azərbaycan çox ciddi itkilərə məruz qaldı: 

 

"Ondan sonra Ermənistan Azərbaycanın ərazisini kütləvi şəkildə işğal etmək üçün bütün imkanları əldə etdi. Nəticə etibarilə, 1993-cü ildə Kəlbəcərin işğalından sonra bir neçə ay ərzində faktiki olaraq ermənilər demək olar ki, Qarabağı və Şərqi Zəngəzuru Kəlbəcər də daxil olmaqla tam işğal edə bildilər. Cəmi bir il ərzində AXC-Müsavat cütlüyü atmış olduqları addımın, yəni Laçını azad etmək əvəzinə hakimiyyət uğrunda mübarizə apararaq ermənilərə geniş imkan yaratmaqla özlərinin hakimiyyətdən çox qısa zaman ərzində getməsini təmin etdilər. Səriştəsizlik, bacarıqsızlıq, hərc-mərclik, anarxiya, vahid komandanın olmaması Azərbaycana böyük faciələr yaşatmağa başladı”. 

Fəzail Ağamalı qeyd edib ki, işğal edilən bütün ərazilər və Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu:

"Artıq 92-ci ildən keçən zaman kəsiyində, yəni 28 ildən sonra Azərbaycan Silahlı Qüvvələri bütün ərazilərimizi, eyni zamanda Laçını da işğaldan azad etdi. Xüsusi olaraq əhəmiyyəti tərəfi onda idi ki, Laçını da Kəlbəcər və Ağdam kimi şəhid vermədən azad etdik. Nəhayət, Laçının yolu kəsildikdən sonra Laçın şəhərindən keçən həmin yol Ermənistanla Azərbaycan arasındakı keçid yolu kimi ləğv edildi və Laçın şəhərində sözün həqiqi mənasında Azərbaycan bayrağı dalğalanmağa başladı. Bunu sona çatdıran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev oldu. İşğal olunmuş olan bütün torpaqlar, eyni zamanda Laçın kimi ciddi strateji əhəmiyyət kəsb edən rayonumuz da Cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimizə qovuşdu. Bu, Ali Baş Komandanın birbaşa xidməti, onun rəhbərliyi altında həyata keçirilən Ermənistana qarşı 44 günlük müharibənin şanlı bir səhifəsi idi”.

"44 günlük Vətən müharibəsi və bu savaşda qazandığımız şanlı qələbə bizi daha da böyütdü. Bu, bizim dünyada son zamanlar donmuş münaqişənin həll edən bir dövlət, xalq olaraq həm populyarlığımızı artırdı, həm inkişafımızı göstərdi və təbii ki, burada Cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü çox müdrik, düşünülmüş həm daxili, həm də daxili siyasət əsas fakt sayılmalıdır”. 

Bu sözləri isə AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.


Deputat qeyd edib ki, biz artıq işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa, quruculuq işləri görürük:

"O cümlədən, bizim azad olunmuş ərazilər içərisində ən səfalı, ən gözəl və strateji olaraq ən vacib rayonlardan biri də Laçın rayonudur. Cənab Prezident 2021-ci il sentyabrın 21-də Laçın şəhərində ölkəmizin bayrağını ucaltdı. Bu günlərdə də Laçınla bağlı çox vacib və önəmli fikirlər söylədi. Qeyd olunmalıdır ki, Laçın əvvəlki dövrdə - antimilli və sərişdəsiz, dağıdıcı ünsürlərin hakimiyyəti dövründə işğal olundu və işğal altında olan zaman hələ ən qaynar fazada Bakıda vəzifələrin bölüşdürülməsi uğrunda mübarizə gedirdi və ümumiyyətlə, xalqın, dövlətin gələcəyi ilə bağlı heç bir konsepsiya proqramının olmaması bizi çox böyük bəlalara düçar etdi”. 

Vüqar İskəndərov deyib ki, Ümumilli Liderimizin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə stabillik yarandı, əsrin müqaviləsi imzalanmaqla və düzgün iqtisadi proqramla ölkəmizdə həm də iqtisadi irəliləyişlər baş tutdu:

"Ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yeni çağırışlara cavab verən, dayanıqlı daxili və xarici siyasətlə dünya çapında artıq tanınmış bir ölkəyə çevrilib. Biz hazırda öz gücümüzün, iqtisadi potensialımızın, insan resurslarımızın saysəində bu gün həmin bölgələrimizdə çox qlobal layihələr həyata keçiririk. Laçın da, bəlkə də tamamilə bərpadan və yenidən qurulandan sonra hətta bölgənin ən gözəl şəhərlərindən birində çevriləcək. Düşünürəm ki, artıq bununla bağlı konkret proqram var. Laçında hava limanının da inşa edilib istismara verilməsindən sonra onun hərtərəfli potensialı üzə çıxacaq. Laçın elə bir coğrafi ərazidə yerləşir ki, çox vacib strateji əhəmiyyət daşıyır və öz keçmiş şöhrətini yenidən özünə qaytararaq daha da yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

"Təbii ki, laçınlılar öz doğma rayonlarına, kəndlərinə qayıdaraq orada layiqli, firavan həyat sürəcəklər. Bunun üçün ölkə başçısının konkret proqramları mövcuddur və müvafiq dövlət qurumlar, özəl şirkətlər hər biri Laçın və digər işğaldan azad olunmuş şəhər və rayonlarda, kəndlərdə böyük bərpa və quruculuq işləri işə məşğuldurlar. Eyni zamanda digər dost dövlətlərin də şirkətləri burada çalışır. Hər biri bizim bölgələrimizi dünyanın ən müasir və eyni zamanda klassik görkəmini saxlamaqla infrastrukturlar layihələri icra edir”, - deyə deputat əlavə edib.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği – "Heydər Əliyev İli” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi