Mundiallarda ən çox ardıcıl qol vuranlar: Ener Valensiya da siyahıya daxil olub

İDMAN
20:00 21.11.2022
243
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatı davam edərkən daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Mundiallar tarixində komandalarının heyətində ən çox ardıcıl qol vuranlar açıqlanıb.

İlk "3-lük"də Portuqaliya millisinin əfsanəvi futbolçusu Eysebio, italiyalı Paolo Rossi və rusiyalı Oleq Salenko qərarlaşıb. Hər üç oyunçu meydana çıxdıqları qarşılaşmalarda eyni sayda - ardıcıl 6 qola imza atıblar.

DÇ-2022-nin Qətərə qarşı açılış görüşündə dubl edən Ekvador seçməsinin hücumçusu Ener Valensiya 5 qol vuran oyunçuların siyahısına düşüb.
 
///Report

 


OXŞAR XƏBƏRLƏR