"Münhen Konfransında ölkə başçımızın iştirakı ölkəmizin dünyada artan nüfuzuna yeni dəyərlər qazandırdı"

SİYASƏT
17:10 19.02.2024
350
"Cənab İlham Əliyev hər il bu konfransa dəvət alır. Bu konfransdakı iştirakımız həm ölkəmizin artan nüfuzuna daha da yeni çalarlar gətirir, həm də Prezident İlham Əliyevin artıq qlobal lider kimi ona görüşmək üçün göstərilən təşəbbüslər, ölkəmizə artan maraq və keçirdiyi ikitərəfli görüşlərdəki uğurlu nəticələr onu deməyə əsas verir. Prezidentimiz ölkəmizin milli maraqlarına söykənən siyasətilə yalnız geosiyasi yox, habelə qlobal anlamda qəbul edilən və hörmət olunan siyasi liderdir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin Münhen səfərindən danışarkən deyib.
 
Deputatın fikirlərinə görə, İlham Əliyev Münhen konfransında ən çox diqqət göstərilən və hörmət edilən dövlət başçılarından idi:
 
"Ölkə başçımız konfrans çərçivəsində çoxlu ikitərəfli görüşlər keçirdi. Onu da qeyd etməliyik ki, bu görüşlərin təşəbbüsləri qarşı tərəfdən olurdu. Kifayət qədər təkliflərin çox olması hətta onun bir neçəsinin artıq vaxt azlığı ilə proqrama salınmaması bunu deməyə əsas verir ki, İlham Əliyev Münhen konfransındakı ən çox diqqət göstərilən və hörmət olunan ölkə başçılarından biri idi. Cənab Prezident konfransda Almaniya Kansleri, ATƏT-in sədri və bir çox ölkə ölkə başçıları, hökumət nümayəndələri ilə keçirdiyi görüşlərdə çox uğurlu nəticələr qazanıb və həmin görüşlərdə əldə edilən nəticələrə baxsaq, görərik ki, bu dövlət başçılarının, siyasətçilərin Azərbaycana böyük marağı var. Onlar Azərbaycanı dost ölkə adlandırırlar. Azərbaycanı həm bölgədə, həm də Avrasiya qitəsində, ümumiyyətlə, qlobal anlamda çox böyük bir dövlət kimi qəbul edirlər. Ölkə başçısı cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə də Azərbaycanın təqdim etdiyi məsələlər öz əksini tapdı".
 
Millət vəkili bildirib ki, dövlət başçısı konfransda qeyd edib ki, sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur:
 
"Azərbaycan lideri konfransda dəfələrlə qeyd etdi ki, iki ölkə arasındakı sülh danışıqlarına, ümumən təmaslara vasitəçi lazım deyil. İki ölkə çox normal nümunələr ortaya qoya bilib. Düşünürük ki, iki ölkənin arasındakı görüşlər ikitərəfli keçirilməlidir. Bu görüşün təşkil olunması yenə də ölkəmizin təklif etdiyi formatda təşkil olundu. İlham Əliyev digər qlobal liderlərlə görüşlərində də artıq Qarabağ məsələsinin həl olunduğunu, Azərbaycan öz suverenliyini bərpa etdiyini və qarşıda sülh gündəliyinin əldə olunmasını həmçinin dünya gündəliyinə daxil olan məsələlərdə həm ölkəmizin milli maraqlarına söykənən siyasəti, həm qlobal lider kimi bu məsələlərin həll olunmasında öz fikirlərini bölüşməsi və onun çox maraqla dinlənilməsi bir daha onu deməyə əsas verir ki, Münhen Konfransında ölkə başçımızın iştirakı həm ölkəmizin dünyada artan nüfuzuna yeni dəyərlər qazandırır, həm də ölkə başçımızın beynəlxalq aləmdə qəbul olunan məşhur siyasətçi kimi bir daha onu qətiyyətini, uğurlu siyasətini və yalnız Azərbaycan üçün yox, dünya üçün də çox vacib hörmət olunan bir güclü siyasətçi kimi qəbul edilir. Bu da hər bir Azərbaycanlını qürurlandırır".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR