Hitmaker Murad Arifin Heydər Əliyev Sarayında üçüncü solo konserti baş tutacaq.
AZXEBER.COM xəbər verir ki, "3:0" adlanan gecə sentyabrın 30-u keçiriləcək.
Sənətçi hit mahnıları, sevilən duetlərini ifa edərək yeni bir şouya imza atacaq.
"Heydər Əliyev Sarayında Murad Arifin ÜÇÜNCÜ solo-konserti baş tutacaq! Şahidlər yaxşı bilir ki, Murad Arif konsertləri necə böyük şou və musiqi hadisəsidir...
Bu dəfə konsert "3:0" adlanır! Bu üçqat qələbə, üçqat həzz və üçqat enerji partlayışıdır! 30 Sentyabr! Bu tarixi qeyd edin”-, deyə hitmaker bildirib.