Murad Dadaşov: “Tanınmışlar seçkidə iştirak etməklə digərlərinə nümunə olmalıdırlar”

Murad Dadaşov: “Tanınmışlar seçkidə iştirak etməklə digərlərinə nümunə olmalıdırlar”
MAQAZİN
00:48 09.10.2013
1454

Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləridir.

İnsanlar səs verməklə ölkənin təkcə prezidentini deyil, gələcəyini, siyasi, iqtisadi yolunu seçir.AZXEBER.COM xəbər verir ki, bunu tanınmış teleprodüsser Murad Dadaşov Azərbaycanda keçiriləcək Prezident seçkilərində seçicilərin iştirakının vacibliyindən danışarkən bildirib. “Hesab edirəm ki, hər bir insanın vətəndaş təşəbbüsü, fəallığı olmalıdır. Prezident seçkiləri 5 ildən bir keçirilir. Biz səs vermədə iştirak etməklə, növbəti 5 il ərzində ölkəmizin necə inkişaf edəcəyini müəyyən etmiş oluruq.Çində 1 milyardan çox insan yaşayır. Onlar da, seçkiyə 5 nəfər getməsə, 15-i gedəcək. Amma Azərbaycan 9 milyon əhalisi olan nüfuzlu bir dövlətdir. Hər bir vətəndaşın 5 ildən bir keçirilən siyasi prosesdə iştirakı vacibdir.Mən seçkilərdə mütləq iştirak edəcəyəm. Bunu bir dəb formasına salaq, bilsinlər ki, siyasi və ictimai fəallıq çox vacib bir məsələdir. Bütün tanınmışlar seçkidə iştirak etməklə digərlərinə nümunə olmalıdır.Əminəm ki, seçimim tərbiyəvi xarakter daşıyan bir məsələdir.Övladlarım üçün də bir örnəkdir. Bu il mən seçkilərdə iştirak etdiyim andan fotoları sosil şəbəkələrdə paylaşacağam”.

OXŞAR XƏBƏRLƏR