AZXEBER.COM-un müsahibi ANS-in gənc və sevilən teleaparıcılarından olan Murad Əzimzadədir.
- Murad, yay tətilini necə keçirdiz?
- Gərgin, tətilli-tətilsiz. Orta yəni.
- Efir mövsümünü də belə keçirirsiz. Yeri gəlmişkən, verilişinizdən nə xəbər var?
- Efir mövsümü adətən əksər hallarda tətilsiz olur. Verilişimizdən isə efir xəbəri var. "Xəbərsizsiniz" efirə dönür. - ANS-də iki verilişin aparıcısız. özünüz daha çox hansına yaxınsız, "Ağıl dəryası"na yoxsa "Xəbərsizsiniz"ə?
- Özümü televiziyaya yaxın hiss edirəm. ANS-dəki 3-cü ilimi nəzərə alsaq, deməli TV də məni özünə uzaq bilmir. Verilişlərim isə övladım kimidir. Ağıl dəryasına böyük, "Xəbərsizsiniz"ə ortancıl, son beşiyə isə yəqin ki, hələ uzun illər var.
- Murad, bundan öncə Lider TV-də şou verilişinin aparıcısı idiz. Necə oldu ki, şou-biznesdən sosiallığa inteqrasiya etdin və ən əsası səncə tamaşaçı nəyə görə sizi bu ampulada da qəbul etdi?
- Düzgün vurğuladız. 2011-2013-cü illərdə LİDER TV-də "Fotoşok", "İstidir" verilişlərinin müəlliflərindən olmuşam, həm də aparıcılıq etmişəm. TV-də addımlamaq üçün, bu işə başlamaq üçün seçim şansım yox idi. Şou verilişi aparsam da, şou-biznesə marağım olmayım. Məsələn, toylara, tədbirlərə getməmişəm. Çünki bazardaki qiymət mikrafon götürüb, danışmağa dəymirdi. Həm də şou-biznes mənim daxili dünyama və ruhuma yaddır. Bizim yerli şou çox kasad görünür. Axı indi əksəriyyət şou verilişlərə qaçır, məşhur olmaq üçün müğənnilərin sağından, solundan girib -çıxır, bu mənə görə deyil. Sosialverilişlər isə tələbəlik illərimdən xəyalım olub. Sağ olsun ANS TV bu arzumu reallaşdırdı. Tamaşaçılar da sağ olsunlar ki, mənə ciddi verilişi yaraşdırdılar.
- Ciddi verilişlər aparsaz da, fanatlarınız həddindən artıq çoxdur. Bu yaxınlarda ortaq dostlarımızdan biri dedi ki, Murad "facebook"u açmağına peşmandır, hər an qızlar yazır. Sizi cəlb edən nədir qızlar üçün?
- (gülür) Düzünü desəm bunu çox hiss etmirəm ya da hiss etmək istəmirəm bəlkə də. Yəqin subayam deyə belədir. Amma əslində elə də cəlb olunası nəyimsə yoxdur. Sevimsiz adamın biriyəm (gülür)
- Sosial şəbəkələrdə depressiv statuslar paylaşırsız. Həqiqətən də tənhasız və həyatınızda heç kim yoxdur? Yoxsa bu qızları cəlb etmək üsuludur?
- Əslində, bütün insanlar təkdir. Mənəvən hər kəs həyata tək gəlir, tək də gedir. Dostlar, tanışlar, ailə, doğmalar içimizdəki önümüzə qədər enə bilmirlər ya da qalxa bilmirlər. Arada bu haqda cızmaqaralarım olur. Şeirlərim, kiçik esseye, memuara bənzər yazılarım var. Bu yazılara görə də hamı elə bilir ki, bədbinəm. Heç vaxt insanları cəlb etmək üçün addım atmamışam. Həyatımda isə yalnız anam, ANS və özüm varam.
- Sevgiliniz niyə yoxdur? Mümkünsə, real cavab verəsiz, fəlsəfəyə çox girməyək...
- İndi desəm ki, bu sevgi məsələsinə vaxtım çatmır, çoxları inanmayacaq. İş rejimim ağır və məsuliyyətlidir. Xəyalımda canlandırdığım o xanım qarşıma çıxsa, dərhal sevgilim olacaq.
- Kənardan belə bir təəsürat yaranır ki, xoşbəxt deyilsiz. Buna səbəb də facebookda daha çox bədbin paylaşımlar etmənizdi və bir yazınızda da qeyd etmisiz ki, biz niyə xoşbəxt olmağa çalışırıq ki, qoy elə bədbəxt olaq. Bədbəxt olmağın üçün nələrdən vazgeçmisiz bu günə qədər?
- Düzdür, bir yazımda qeyd etmişdim ki, hamımız xoşbəxt olmağa can atırıq, həyatda hamı xoşbəxt olsa, bədbəxtlər olmaz və həyat maraqsız olar. Mübarizə olmaz, yaşamağa həvəs də olmaz. Xoşbəxtlik isə tam olaraq yoxdur. Özümü isə xoşbəxt anları çox olan adam sayıram. Bədbəxt olmaq üçün isə kütlənin xoşbəxtlik adlandırdığı çox şeydən imtina etmişəm.
- Bəs bədbəxt etdikləriniz necə, çox olub?
- Bədbəxtlik və xoşbəxtlik Tanrının işarəsi ilə insanlar tərəfindən təyin edilir. Buna görə də nə etmişəmsə, özümə etmişəm. Yəni kim nə edirsə, özünə edir. Həm də bu anlayışlar fərqlidir, mənim xoşbəxtliyim ola bilir ki, kimisə bədbəxt edib.
- Murad, özündə ən çox bəyəndiyiniz pis cəhət hansıdır?
- Həddən artıq tələbkaram özümə qarşı. Həm də həddən artıq safam. Bu iki xarakterim yaxşı olsa da, mənə zərərlidir.
- O zaman əminəm ki, bu suala səmimi cavab verəcəksiz. Sizin üçün qadının tərifi nədir? Seks mənbəyi, dərd ortağı, vaxt keçirməyə alət yoxsa nə?)
- İnsan Tanrının ən möhtəşəm möcüzəsidir. İnsanlığın zirvəsi isə qadındır. Şair dostumuz Aqşin Yeniseyin belə bir sözü var: Sən tərk ediləndən sonra hələ də ağlayırsansa, deməli səni tərk edən insan yox, qadın imiş.
- Elə bir qadın olub həyatında? Olubsa indi hardadı o?
- Olmayıb, olsaydı yanımda olardı.
- Sonuncu sual: LİDER-dəki Muradla, ANS-dəki Muradın fərqi nədir?
- (gülür) Lider TV-dəki Murad uşaq idi, mən ANS-də böyüdüm . ANS sözlə ifadəsi olmayan böyük bir məktəbdir. Tel jurnalistika, TV məktəbi yox, əsl həyat məktəbidir ANS.
Hacıbəy Heydərli,AZXEBER.COM








