Murat Yıldırım: Özüm baxmayacağım layihədə yer almaram

Murat Yıldırım: Özüm baxmayacağım layihədə yer almaram
MAQAZİN
14:03 09.09.2025
221
"Kanal D"nin yeni mövsüm layihələrindən olan "Qızılgüllər və Günahlar" serialında "Serhat" obrazını canlandıracaq Murat Yıldırım uzun illərdən sonra yenidən ekrana qayıtdığı üçün sevincli olduğunu bildirib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, daha öncə də "Kanal D"də yayımlanan layihələrindən danışıb.
 
Uğurlu aktyor yeni serialı qəbul etməsində ən mühüm amilin ssenari olduğunu vurğulayıb:
 
""Fırtına" və "Asi" mənim üçün çox xüsusi layihələrdir. Bu illər keçsə də, onların hələ də izləyicilərin qəlbində yer tutmaları məni qürurlandırır. İndi isə yeni ssenarisi olan "Qızılgüllər və Günahlar"la yenidən "Kanal D"də olmaq həyəcanvericidir. Yeni serialın da ssenari ilk beşinci dəqiqədən sizə çox təsir edəcək. Onu oxuyarkən nə olacağını təxmin edə bilməmək hissi məni də həyəcanlandırmışdı. Özüm baxmaqdan həzz ala bilməyəcəyim bir işdə yer almazdım".

Qeyd edək ki, Murat Yıldırımın serialdakı tərəf müqabili son zamanların sevilən aktrisası Cemre Baysel olacaq.
 
Aysel


OXŞAR XƏBƏRLƏR