Xəbər veridyimiz kimi, Niyaməddin Musayevin qızı Röya və Qumral arasında yaranan mahnı qalmaqalından sonra tərəflər arasında gərginlik yaranmışdı.
AZXEBER.COM xəbər verir ki, Qumral bu dəfə Musa Musayevin repertuarından mahnı oxuyub.
"Tarixin bir günü" verilişinə zəng edən Musa Musayev mahnılarını oxuyan gənc müğənnilərə qoyduğu qadağadan danışıb:
"Niyaməddin müəllim bizə ata əvəzi olub. Biz qardaşların boynunda onun haqqı var. Röyanı qızışdırıb Qumralın üstünə saldılar, yoxsa əmim heç nə deməzdi. İndi çıxan bütün müğənnilər bizim mahnılarımızı oxuyurlar. Bundan sonra mənim mahnılarımı icazəsiz oxuyanlara qadağa qoymuşam. Bunu müəlliflik hüquqlarına da bildirmişəm. Qardaşım da oxusa, məndən icazə almalıdır. Qumral oxumaq istədi, icazə aldı, mən də dedim oxu. Belə də olmalı idi. Kim-kimin mahnısını oxuyursa, halallıq almalıdır.
Yalandan yazırlar ki, guya biz Röya ilə məhkəməlik olmuşuq. Belə şey yoxdur, ola da bilməz. Niyaməddin Musayev bir dağdır, biz də onun yamaclarıyıq. O mənim böyüyümdür. Uşaqlıqdan onun əli bizim üstümüzdə olub. Qumral da Niyaməddin müəllimi özünə yaxın bilib icazəsiz oxuyub. Ona da demişəm ki, bundan sonra icazəsiz heç kimin mahnısını oxumasın".
Aysel









































