Musa Quliyev qadınlara pul ödənilməsindən danışdı: "Bunu bilərəkdən etdim..." - VİDEO

SOSİAL
10:40 21.10.2021
478

"Mən bu fikri bilərəkdən ortaya atdım. Yaxşı və gözəl qadına biz həmişə borcluyuq".

AZXEBER.COM xəbər verir ki, bunu İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində qonaq olan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Millət vəkili əlavə edib ki, bu fikri irəli sürərkən hər şeyi gözə alıb: "Mən qadın əməyinin nə qədər dəyərli və gərəkli olduğunu cəmiyyətə çatdırmaq üçün belə bir münasibət bildirdim. Kimlərsə bunu həqiqi mənada başa düşüb. Sual verirlər ki, doğurdan, pul veriləcəkmi? Təbii ki, bu, belə deyil. Məsələ ondandır ki, biz qadınlarımızı daha çox qiymətləndirməliyik".


OXŞAR XƏBƏRLƏR