Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb

Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb
DÜNYA
20:48 22.07.2023
245

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.

"Report" xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda "Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.

Hazırda matçda üstünlük rəqib klubdadır, "Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb.

OXŞAR XƏBƏRLƏR