Müsahibə zamanı dəhşətli qəza - VİDEO

Müsahibə zamanı dəhşətli qəza - VİDEO
DÜNYA
11:55 09.03.2023
336
ABŞ-ın Hyuston şəhərində sürücüsü idarəetməni itirən avtomobil müsahiblərin oturduğu kafenin pəncərəsinə çırpılıb. 

AZXEBER.COM xəbər verir ki, qəzada ölən və yaralanan olmasa da, həmin anlar saniyə-saniyə video çəkilişdə əks olunub.

Belə ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki kafedə 20 yaşlı Neytan Rivz YouTube kanalı üçün kafedə müsahibə götürdüyü Aleksey Reyeslə birlikdə ölümdən dönüb.

İkilinin müsahibəsi zamanı sürətlə gələn avtomobil gənclərin oturduğu bölmənin pəncərəsinə çırpılıb. Zərbənin təsiri ilə irəli atılan Rivz çaxnaşma içində yerindən qalxarkən həmin anlar saniyə-saniyə kameralara əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Ayşən

OXŞAR XƏBƏRLƏR