Türkiyəli tələbə müsahibə verərkən partlayış baş verib.
AZXEBER.COM xəbər verir ki, Xarkovda qapalı qalan türkiyəli tələbə NTV-yə müsahibə verərkən böyük partlayış olub.
Belə ki, Xarkovda qapalı qalan türkiyəli tələbələrdən Sultan Dikeç NTV-nin yayımına qoşulub və evindən hadisələri çatdıran zaman partlayış baş verib.
Qorxulu anları yaşayan Dikeç "Bütün bunları yayımlamağınızı istəyirəm. Nə olacağı bəlli deyil. Bu cür səslərdən davamlı olaraq qorxuruq” – deyə o bildirib.
Həmin görüntüləri təqdim edirik:
Ayşən