Müsahibəsindən sonra serialı yayımdan qaldırıldı

Müsahibəsindən sonra serialı yayımdan qaldırıldı
MAQAZİN
13:10 24.04.2025
120
Karyerasını İtaliyada davam etdirən aktyor Can Yamanın müsahibəsi Türkiyədə qalmaqala səbəb olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun italiyalı jurnalistin "Türkiyə yoxsa İtaliya?” sualına verdiyi cavab həmyerlilərini məyus edib.
 
"Türkiyə yoxsa İtaliya?" sualına "İtaliya” cavabını verən aktyor sosial şəbəkədə tənqid hədəfinə çevrilib.
 
Türkiyənin yerli rəqəmsal yayım platforması "GAİN" Can Yamanın açıqlamasından sonra Yamanın baş rolda çəkildiyi "El Turco”serialını platformasından çıxarıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR