‘Musanı mən adam elədim’ – Təranə Qumral

‘Musanı mən adam elədim’ –  Təranə Qumral
MAQAZİN
00:03 16.04.2013
13992

Onu mən kəşf elədim, mən adam elədim

Təranə Qumral ANS PRESS-ə açıqlamasında keçmiş həyat yoldaşı Musa Musayevin ittihamlarına cavab verdi: “ Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən aramızda söz-söhbətlər də olurdu. Yataqda məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən, məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər. Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da deyim ki, Musanın psixoloji problemləri də var idi.” Qumral Musanın külli miqdarda borcu olduğunu açıqladı: “Ondan-bundan borc yığıb pulları futbola yatırırdı. 3 min birindən, 3 min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca girmişdi. İstəsəniz Musanın borclu olduğu insanların nömrələrini onlara verə bilərəm. O, borc alıb kimlərəsə yedirdəcək, mən niyə balalarımın boğazımdan, geyim-keçimlərindən kəsib ona xərcləməliyəm? Artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq istəmirəm. O da dedi ki, mənimlə yaşamasan mən səni biabır edəcəyəm. Onu da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi. Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb.” Musanı bir sənətçi kimi kəşf etdiyini deyən Təranə, Musanın məhz onun vasitəsilə populyar olduğunu düşünür: “Onu mən kəşf elədim, mən adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Ailəsi onu saymırdı.” Müğənni Musanın psixoloji problemləri olduğunu iddia edir: “Onun psixoloji problemləri var idi. Ev şəraitində müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz axı? Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
14:00 17.06.2025
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
13:40 17.06.2025
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
13:39 17.06.2025
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
13:34 17.06.2025
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
13:17 17.06.2025
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir
13:10 17.06.2025
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir