07:21 Bazar Ertəsi, 18 Noyabr 2019
SİYASƏT

Müsavat başqanı Arif Hacılı da sərbəst buraxıldı

22:36, 19.10.201912647
Müsavat başqanı Arif Hacılı da sərbəst buraxıldı

Əli Kərimliyə dəstək məqsədi ilə Nəsimi polis bölməsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının sabiq başqanı Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz feysbuk səhifəsində paylaşıb.

Musavat.com həmin statusu sizlərə təqdim edir:

Mitinqdə saxlanılanlara dəstək məqsədi ilə Nəsimi Polis İdarəsinin qarşısına gedən Müsavat başqanı Arif Hacılı jurnalistlərə açıqlama verərkən saxlanılaraq polis idarəsinə aparılıb.

***

İsa Qəmbər daha sonra Arif Hacılının sərbəst buraxıldığını qeyd edib. O, artıq Arif bəyin sərbəst buraxıldığını və jurnalistlərə müsahibə verdiyini bildirib.

XƏBƏR LENTİ