Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının basqanı Arif Hacılı Avropa İttifaqının dəvəti ilə səfərdədir.
Musavat.com-un məlumatına görə, A.Hacıli səfər cərçivəsində “Liberal demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda keçirilən müzakirələrdə iştirak etməklə yanaşı, Avropa və post-sovet məkanının dövlət xadimləri, siyasi partiya rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Görüşlərdə Azərbaycanın Avrointeqrasiya istiqamətində inkişaf perspektivləri, Azərbaycanda siyasi islahatlar, siyasi məhbuslar, Qarabağ probleminin ədalətli həlli məsələləri müzakirə olunub.