“Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Müsavat başqanlığına namizəd olmuş Səxavət Əlisoy özünün facebook səhifəsində yazıb.
Qeyd edək ki, S.Əlisoy başqan seçkiləri zamanı öz namizədliyini Qubad İbadoğlunun xeyirinə geri götürmüşdü. S.Əlisoy yazıb ki, Müsavat Partiyasının dəyişməsinə 4 səs imkan vermədi. Başqanlığa keçmiş namizəd Arif Hacılın Müsavat başqanı seçilməsini də tənqid edib:
“Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi.
Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi.
Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”.
Xatırladaq ki, Müsavatın sentyabrın 27-də keçirilən növbəti qurultayında Arif Hacılı partiyanın başqanı seçilib.