“Müsavat” rəhbəri Ağdamdan imtina etdi

“Müsavat” rəhbəri Ağdamdan imtina etdi
SİYASƏT
18:10 18.03.2021
864

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə siyasi partiya liderlərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərində "Müsavat” partiyasının nümayəndələri olmayıb.

"Müsavat” partiyasının lideri Arif Hacılı Demokrat.Az-a müsahibəsində bunun səbəblərini açıqlayıb.

Partiya sədri etiraf edib ki, onlara Prezident Administrasiyası tərəfindən digər partiya liderləri ilə birgə Ağdam rayonuna səfər etmək barədə təklif daxil olub.

 

Lakin "Müsavat” bu təklifi qəbul etməyib. Arif Hacılı hesab edir ki, siyasi partiyaların, ölkə vətəndaşlarının Azərbaycan ərazisinə getmək üçün xüsusi müşayiətə ehtiyacı yoxdur.

Caliber.az-ın xəbərinə görə, nəzərə alsaq ki, istənilən Azərbaycan vətəndaşının hazırkı məqamda işğaldan azad edilmiş ərazilərə səfəri risklərlə müşahidə olunur və ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir, A.Hacılının bu izahı ən azından ciddi qəbul oluna bilməz.

Və aydındır niyə. İşğaldan azad edilmiş ərazilər hələ minalarla doludur.

Hacılının digər arqumenti də kifayət qədər şübhə doğurur. Guya o, Şuşaya səfər etmək üçün şəraitin təmin edilməsini istəyib, amma onun müraciəti cavabsız qalıb.

Ancaq siyasi xadim, aparıcı müxalifət qüvvəsi olmağa iddia edən partiyanın lideri üçün azad edilmiş şəhər və kəndlərimizi hansı növbədə ziyarət etməyin necə prinsipial əhəmiyyəti ola bilər? Yoxsa Qarabağ xanlarının dəfn olunduğu, Qarabağ müharibəsi şəhidlərinin, Azərbaycanın əfsanəvi milli qəhrəmanlarının məzarlarının yerləşdiyi Ağdam Arif Hacı lının öz ziyarəti ilə şərəfləndirməsinə layiq şəhər deyil?

"Müsavat” liderinin açıqlamasını oxuyarkən istər-istəməz ortaya çıxan bütün bu suallar, əlbəttə ki, ritorik xarakter daşıyır. Üstəlik, Hacılının müsahibəsindəki əsas fraza onun Ağdamı ziyarət etməmək qərarının əsl səbəbi barədə heç bir şübhə yeri qoymur.

Hacılı rəhbərlik etdiyi partiyanın Prezident Administrasiyası tərəfindən yaradılan "Siyasi partiyaların liderləri” formatında ümumiyyətlə iştirak etmədiyini xatırladıb. Başqa sözlə, o, təsdiqləyir ki, "Müsavat” hətta Qarabağın azad edilməsi və dirçəlişi kimi ümummilli bir məsələdə belə partiyalararası dialoqdan imtina edir. Nəticə olaraq Hacılı və onun ətrafı üçün kiçik qrup maraqları prioritet olaraq qalmağa davam edir. İşğaldan azad olunmuş torpaqlar onlar üçün vacib deyil. Görünür, elə Qarabağın Azərbaycanın tərkibində olması da...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər