Müsavata daha bir zərbə: Rauf Arifoğlu komandada yer almayacaq

SİYASƏT
19:29 11.10.2014
1268
"Müsavat Partiyasında funksionerlik fəaliyyəti göstərmək fikrim yoxdur”. 
Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu siyasi kuluarlarda onun Müsavat Partiyasının yeni seçilmiş başqanı Arif Hacılının komandasında yer alacağı barədə yayılan fikirlərə münasibət bildirərkən deyib. Baş redaktor eyni zamanda bildirib ki, o, mətbuat adamı olduğu üçün partiya fəaliyyətini nəzərdə tutmur.
Müsavatın yeni seçilmiş başqanının dəstəklənməsi və təşkilatdaxili qarşıdurmalar barədə isə “Yeni Müsavat”ın baş yazarı bunları deyib: “Mən Müsavat Partiyasının qurultayının qərarlarını dəstəkləyirəm. Qarşıdurmaları isə obyektiv işıqlandırmağa çalışıram”.
Rauf Arifoğlu son günlər “Azadlıq” qəzetinin Müsavat Partiyasına və “Yeni Müsavata” qarşı qara PR kampaniyasına start verməsinə də münasibət bildirib. Baş yazar qeyd edib ki, bu hal “Azadlıq” qəzeti tərəfindən birinci dəfə təkrarlanmır: “ “Azadlıq” qəzeti təxminən 15 ildir ki, bizimlə rəqabət aparır, bizi özünə rəqib hesab edir. Bu illər ərzində adıçəkilən qəzet istər Müsavat Partiyası haqqında, istərsə də “Yeni Müsavat” haqqında heç bir baryer qoymadan yazır”.
OXŞAR XƏBƏRLƏR