Bəxtiyar Hacıyev və müsavatçı gənclərdən yeni xəbər var.
Demokratiyadan danışıb, biri-birinin sözünü həzm edə bilməyən insanların yeni davası düşüb.
B.Hacıyedin iddiasına görə bu dəfə dava onun müsahibələrinin birində “müxalifət liderləri tərəfindən təhsilli gənclərə maraq hiss etmirəm. Gərək çevrələrində elə gənclər toplasınlar ki, onların adı kölgə kabinetləri siyahısında çıxanda insanlar tərəddüd etməsinlər”, fikrini səsləndirməsi olub.
B.Hacıyev bildirib ki, Müsavatın Gənclər Təşkilatının üzvləri isə təhsillərinə fikir vermək əvəzinə, kampaniyaya başladılar.
“Fotomu montaj edərək Yasamal bələdiyyəsinin üzvü kimi təqdim etdilər. Guya, bununla məni Yasamal bələdiyyəsinə layiq gördüklərini bildirirdilər”.Davanın sonrası daha gülməlidir. Seçki ilində Müsavat Bə.Hacıyevlə “facebook” sosial şəbəkəsində “like” davasına başlayıb.
Müsavat Partiyası başqanının müşaviri Əhəd Məmmədli “Qaynarinfo”ya elə belə də deyib.“Facebook”da hansısa istifadəçi Bəxtiyar Hacıyevin saxta “like” topladığını üzə çıxarıb, o da buna görə Müsavatı ittiham edib. Bizim tərəfdən elə bir şey yoxdur. O azdan-çoxdan özünə imic yaratmışdı, amma indi Eynulla Fətullayevin, Hafiz Hacıyevin yolunu tutub”.Müsavat Gənclər Təşkilatının sədri və partiyanın Divan üzvü Tural Abbaslı Bəxtiyar Hacıyevin Müsavatı və gənclər təşkilatının üzvlərini hədəf secməsini təsadüfi hesab etmir.“Yeni Müsavat” qəzetinə açıqlamasında o qeyd edib ki, indi bir çoxları “Hakimiyyətdə mövqe tutmaq istəyirsənsə, Musavata hücum et” prinsipinə riayət edirlər.“Bu, Azərbaycanın siyasi arenasına Harvardda kurs keçən bir gənc kimi daxil olmuş Bəxtiyar Hacıyev də yəqin ki, özünü planın tərkib hissəsi kimi görür.Deyəsən, Bəxtiyar bəy “özünə vurğunluq”dan əziyyət çəkir və bu son əməlləri ilə də hakimiyyətə göstərmək istəyir ki, guya Müsavat kimi nəhəng bir partiya ilə mübarizə aparır”.