22:31 Bazar Ertəsi, 19 Avqust 2019
SİYASƏT

Müsavatda mühacir alveri: Arif Hacılı və “Anbardar Məmmədxan” sığınacaq satır?

10:37, 19.04.20193158
Müsavatda mühacir alveri: Arif Hacılı və “Anbardar Məmmədxan” sığınacaq satır?

Elçin Alıoğlu

– Bəy, sən buralarda baş verən iyrəncliklərdən, naqisliklərdən xəbərsizsən. O qədər çirkin işlərlə məşğul olurlar ki, adam deməyə utanır. Ayıbına qısılırsan, susursan, amma bu adamlar sakitləşmək bilmir. Sanki naqislik rekordu vurmaq üzrə yarışa çıxıblar.

Bunu Almaniyada siyasi sığınacaq almış azərbaycanlı müxalifətçilərdən biri demişdi mənə. Çox məşhur bir şəxsdir, həm mühacrət dairələrində tanınır, həm də ölkədəki müxalifət çevrəsində yetərincə nüfuza malik ziyalıdır.

Həmin şəxsin dediyinə görə, Azərbaycan vətəndaşı olan gənc qadına Almaniyada siyasi sığınacaq vəd edən "siyasətçi dəllal”lar həmin xanımın külli miqdarda pulunu alıblar, onu Almaniyaya vədlərlə cəlb ediblər.

Almaniyadakı miqrant mərkəzlərindən birinə düşən qadın sığınacaq almaq üçün verdiyi pulun müqabilində heç bir iş görülməyəndə isə qadına təcavüz olunub.

"Qadını sonradan əldən-ələ ötürdülər. "Səsini çıxarsan polisə deyəcəyik, deportasiya edəcəklər” deyib qorxudur, döyürdülər. Qadın qaçıb, canını qurtarıb, polisə üz tutub. Polis də cinayət işi açıb. Qadını deportasiya gözləyir, çünki heç bir sənədi qaydasında deyil”, – müsahibim deyir.

Azərbaycandakı müxalif partiyaların, ayrı-ayrı hüquq müdafiəçilərinin belə "mühacir biznesi” ilə məşğul olduqları barədə iddialar illərdir səslənir. Son vaxtlarda isə iddiaların sayı və miqyası daha da artıb.

İddiaların ünvanlandığı strukturlardan biri də Müsavat Partiyasıdır. Partiya mənsubları ilə yanaşı, Avropanın müxtəlif ölkələrindəki mühacirlər də deyirlər.

"Məni polislər zorlayıb” deyən "müsavatçı”

Məsələn, Müsavat Partiyasının Qadınlar Birliyinin sədri, Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli demişdi: "Almaniyada sığınacaq almaq istəyən Ləman Talıbova ilə bağlı qalmaqal ürəkaçan deyil. Belə məlum oldu ki, Ləman Talıbova vaxtilə Avropa ölkələrindən birinə gedib, ancaq ona həmin ölkədə qalmağa icazə verməyiblər. Ona deyilib ki, yalnız siyasi mühacir kimi Avropada yaşaya bilər. Sonra Azərbaycana qayıdıb, hansı vasitə ilə, necə Müsavat Partiyasına üzv olub, bunu dəqiqliklə özü bilir. Bu xanım 2013-cü ildə Müsavat Partiyasına daxil olub, elə həmin ildə də Avropaya yollanaraq özünü siyasi mühacir kimi təqdim edib. Partiyanın istər keçmiş, istərsə də indiki rəhbərliyi ilə şəkilləri var. Müsavatçılar bir-birinə sual etdilər ki, Ləman Talıbovanı partiyada, mitinqlərdə kim görüb, həqiqətənmi sıralarımızda olub? Bu cür şəxslərə verilən partiya biletlərinin surəti xaricdən bizə də göndərilir. Belə partiya biletləri qurultaya qədər partiyanın İcra Aparatının rəhbəri Arif Hacılının imzası ilə verilib”.

E. Məmmədli onu da qeyd edib ki, son vaxtlar partiyada sıravi üzvlərə partiya bileti verilmir: "Tanımadıqları adama birdən-birə bileti necə verirlər? Yəqin ki, bunun qarşılığı var. Çünki yerlərdə sıravi üzvlər var ki, hələ də biletlə təmin olunmayıblar. Son illər partiyaya gələn insanların çox az hissəsində partiya bileti görmək olar”.

Müsavat başqanının müavini Elman Fəttah isə Müsavat Partiyasında siyasi mühacir kimi xarici ölkələrə getmək istəyənlərə partiya bileti verilməsi, bu sahədə alver olması barədə fikirlərin böhtan olduğunu söyləyib.

Müsavat Partiyasının sabiq üzvü, hazırda İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Müsavat Partiyasının "vəsiqə və arayış biznesi” barədə yazı yazmışdı.

E. Həsənli yazıda qeyd edib ki, son 6 ayda 483 nəfərə Müsavat üzvü olmaqla bağlı arayış verilib.

"Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər – Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər.

Mexanizm sadədir: Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya "müsavatçı” ixrac edirlər.

Bu prosesdə onlara Avropada dəstək verənlər də var. Məsələ dəqiqləşdirildiyi və əlimizdə faktlar olduğu üçün adları açıq yazırıq:

1. Əli Ağayev. Stohkolmda yaşayır. Çetenin ən fəal üzvlərindəndir. Mühacirət biznesində Arif Hacılı və Gülağa Aslanlının ən inanılmış adamlarındandır. Geydirmə müsavatçıları İsveçə yönəldən də budur. Əli Ağayev həm də novatordur. Bir neçə il öncə İsveçdə topladığı, lakin oturum ala bilməyən "müsavatçılara” dəstək üçün Müsavatın o zamankı başqanı, bu çirkin biznesdən xəbəri olmayan İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stohkolma dəvət etdi, oturum gözləyən "müsavatçıların” başqanla fotolarını görüntüləməyə nail oldu və işləri çözdü.

Yeri gəlmişkən: Bu hadisədən sonra təcrübədən çıxış edən Gülaga Aslanlı daha ehtiyatlı tərpənir. Mühacirətə getmək istəyən vətəndaşlara bildirilir ki, sadə arayış 800-1000 manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət "oxunur”: 1500-2000 manat. Sonra da bu çirkin əməllərdən xəbərsiz İsa Qəmbərə deyirlər ki, "Müsavata bu gün, məsələn, 6 nəfər qəbul etmişik, onlar sizinlə xatirə şəkli çəkdirmək istəyirlər” deyirlər.

Cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunur….

2. Eldəniz Yusibov. Çetenin ən məhsuldar üzvü, əslində, ortağı. Hollandiyada yaşayır. Eldəniz Yusibov mühacirət biznesində olduqca fəaldır. Almaniyada, Belçikada, Hollandiyada olan yerliləri vasitəsi ilə Oğuz, Qəbələ rayonlarından olan vətəndaşların "müsavatçı” kimi Avropaya köçünü qüsursuz təşkil edir. Arif Hacılıya ən çox para qazandıran da məhz Eldəniz Yusibovdur. O, Almaniyanın Mainz şəhərində yaşayan yerlisi, qonşu rayonlusu Yusif Abulovun vasitəsi ilə yalnız son illərdə 30-dan çox oğuzlu və qəbələli ailəsini Avropaya gətirdə bilib. Hər birinə də Müsavat Partiyasindan üzvlük arayışı alıb!”, – Elbəyi Həsənli bildirmişdi.

3. Yusif Abiov. Almaniyanın Mainz şəhərində yaşayır. Oğuz rayonundan çoxsaylı köçün təşkilatçısı, vasitəçisi. Son vaxtlar siyasi görüş etibarı ilə Əli Kərimliyə meyllənsə də, Müsavat Partiyasının mühacirət biznesində yenə də əsas simadır.

4. Qabil Rzayev. İsveçrənin Bazel şəhərində yaşayır. Üzdə Müsavat Partiyasına düşmən kəsilib. Lakin Gülağa Aslanlı və Arif Hacılının mühacir biznesi ortaqlarından biridir. Yalnız özünə yaxın qohum olan ən azı 2 vətəndaşa "endirimli” qiymətlərlə Müsavat Partiyasının üzvlük vəsiqəsi və Miqrasiya İdarəsinə təqdim etmək üçün lazım olan qaydada tərtib edilmiş arayış alıb.

"Siyasi mühacir” Ləman Talıbovaya gəldikdə isə, E.Həsənli bəyan etmişdi: "Xanıma baxan kimi bilinir ki, belə siyasi mühacir, xüsusi ilə də müsavatçı siyasi mühacir olmaz. Avropada bilməyən yoxdur ki, bu xanım Eldəniz Yusibovun sevgilisidir, onun müsavatçılığı da elə bundan ibarətdir. Eldəniz Yusibov da utanmadan, öz sevgilisinin oturum alması naminə Müsavat başqanı İsa Qəmbəri də vaxtilə məkrli planına alət etmişdi – Ləman Talıbovanın Brüssel şəhərində səfərdə olan İsa Qəmbərlə birgə fotosunu çəkmişdi. Hazırda Belçika miqrasiya idarəsi qalmaqallı Elnur Mirzəyev işindən başqa, həm də bu xanım və qızının da saxta müsavatçı olmasını araşdırır. Elnur Mirzəıyev işindən qıvıran və oxları Tofiq Yaqubluya yönləndirən Gülağa Aslanlı-Arif Hacılı tandemi Eldənizin sevgilisi məsələsinə hansı rəyi verəcək, maraqlıdır? Belçika Miqrasiaya Xidmətinin araşdırdığı işin içində isə bu gözəl xanımların Müsavatın o zamankı başqanı İsa Qəmbərlə fotoları var. "Məni polislər zorlayıb”, deyə poislərə də, özünə də şər atan bu biabırçı personanın Müsavatın simvolu olan İsa Qəmbərlə nə işi vardı, Eldəniz Yusibov?! Əməlindən, saxtakarlıq və cinayətlərindən utanırsanmı?”

Müsavat Partiyası başqanının sabiq müşaviri (İsa Qəmbərin sədr olduğu zamanlarda-E.A.) başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, əvvəllər dəhlizlərdə mühacir statusu ilə bağlı ciddi söhbətlər gəzirdi: "Mən o vaxtlar Müsavatın dəhlizlərində arayış verilməsi ilə bağlı müzakirələr getdiyini eşitmişdim. Əvvəllər düşünürdüm ki, partiyanın qeyri-fəal üzvlərini mühacirətə göndərmək istəyirlər”.

Səxavət Əlisoy bu yaxınlarda Avropaya səfəri zamanı mühacirət məsələsi haqqında kiçik araşdırma apardığını da söyləyib:

"Avropada olarkən mənə məlum oldu ki, bəzi mühacirlər heç Müsavat Partiyasının üzvü deyillər. Amma sənədlər Müsavat Partiyasından verilib və onlar bu partiyanın biletini gəzdirirlər. Deməli, burada heç də primitiv bir arayışdan söhbət getmir”.

Səxavət Əlisoy Avropadakı bəzi mühacirlərin Müsavat Partiyası başqanı Arif Hacılıya pul verdiyini də vurğulayıb:

"Sosial şəbəkələrdə "Mühacir Müsavat” qrupu var. O qrupda olan tanışlarımızdan biri mənə bu gün dedi ki, iyun ayının 15-17-də Arif Hacılı Strasburqa mühacirlərdən pul almağa gələcək. Bundan başqa, siyasi mühacir və Arif Hacılının Avropadakı maliyyə məsələlərini kurasiya edən Eldəniz Yusibov status yazdı ki, başqan səfər edəcək. O, qrup üzvlərinə xatırladıb ki, Arif Hacılı ilə keçirəcəkləri görüşə gələn mühacirlər özləri ilə ianələr gətirsinlər. Lakin o, bu səhvini anlayaraq ikinci status yazdı və ianələr məsələsinə toxunmadı. Yəni özləri də etiraf edirlər ki, Arif Hacılıya pul verirlər. Öz başqanlarının cibinə pul qoymağı sistemləşdiriblər. Hətta zaman-zaman Azərbaycana pul da göndərirlər və o vəsait Arif Hacılıya çatır”.

Müsavat Məclisinin sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin I müavini Vurğun Əyyub məsələ ilə bağlı konkret fikir bildirmişdi: "Konkret adlar və rəqəmlərlə ittihamlar səslənir. Düşünürəm ki, bu artıq məhkəmə predmetidir. Deyilənlər böhtan və ya doğrudursa, buna hüquqi şəkildə aydınlıq gətirilməlidir”.

"Bu mən deyiləm, özüm heç deyiləm”

Müsavat başqanı Arif Hacılı və "Anbardar Məmmədxan” ləqəbi ilə tanınan Gülağa Aslanlının ən "mətin” müdafiəçilərindən biri Müsavat Partiyasının Məclis üzvü, Gənclər Təşkilatının keçmiş sədri Səxavət Soltanlıdır.

O, Facebook profilində yazıb: "Sübutsuz, faktsız kiməsə şər atmaqla cibə narkotik atmaq mahiyyətcə eynidir.  Eləcə də haqqında sərt tənqid deyən kimi "qoymayın məni şərlədilər” deyənlərlə də yaxasını cırıb, üzünə əl atıb adamı şərləyənlərin heç bir fərqi yoxdur”.

S.Soltanlı ad çəkməsə də, o, Müsavat Divanının üzvü Yadigar Sadıqlını nəzərdə tutur.

Səbəb Y.Sadıqlının mövqeyi, onun partiyadakı rüsvayçılıqlara, əliəyriliklərə və siyasi möhtəkirliyə qarşı çıxması, bu halları sərt tənqid etməsidir.

Y.Sadıqlı aprelin 16-da Facebook profilində belə yazıb: "Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

Onun bu açıqlaması Müsavatda çox böyük qalmaqala səbəb olmaqla yanaşı, sosial şəbəkələrdə böyük rezonans doğurub.

Yadigar Sadıqlı mənsub olduğu partiyanın rəhbərlərinin göstərişi ilə hərəkət edən "firqədaş”larının nədən onu "satqın çıxarma” əməliyatına tuş etdiklərini açıqlamasa da, onun statusunu şərh edənlərin yazdıqlarından bəlli olur:  qalmaqalın səbəbi saxta mühacir "statusu” alveri, bu biznesdən əldə olunan külli miqdarda çirkli pullardır.

Yadigar Sadıqlı hazırda Müsavatın ən tanınan simalarından biridir. Bir müddət əvvəl o, partiya başqanlığına namizədliyini irəli sürəndə funksionerlərdən  Elman Fəttah və Tofiq Yaqublu, o cümlədən əksər Divan üzvləri onu dəstəkləyiblər.

Arif Hacılının çox böyük qalmaqalla "qalib” gəldiyi həmin seçkilərdən sonra Y.Sadıqlı ilə Müsavatın indki rəhbərliyi arasında münaqişə yaranıb, mübahisələr sərtləşib.

Situasiya A.Hacılının saxta "mühacir” biznesini Y.Sadıqlının ifşa etməyə başlamasından sonra daha da gərginləşib.

Belə ki, ilk əvvəl A.Hacılının  Avropa səfərində Müsavat Avropa Koordinasiya Mərkəzi ilə birlikdə keçirilən tədbirdə 72 diplomun hər birinin 500 avroya satılması aşkarlanıb.

Buna cavab olaraq Hacılı tərəfindən Sadıqlının partiyanın Salyan təşkilatının sədri kimi göstərildiyi xasiyyətnamə dövriyyəyə buraxıldı.

Və ara daha da qarışdı.

Y.Sadıqlı xuliqanlıqda da suçlanıb. Belə ki, A.Hacılının tərəfdarı olan Elman Quliyev adlı müsavatçı Facebook-da yazıb: "Müzakirə sizin son məclisdə söyüş söyməyiniz, başqa bir partiya üzvünu vurmaq istəməyiniz, partiya üzvləri tərəfindən təəssüflə qarşılanıb. Əksəriyyət sizin bu hərəkətlərinizi pisləyib deyə, növbəti səhvi edib günahkar olduğunuz mövzuda bu məsələni ictimailəşdirməyinizdir. Ən azından izləyici olaraq qənaətim budur”.

Müsavat Partiyasının təsərrüfat müdiri kimi davranan "başqan” Arif Hacılının mövqeləri hədsiz dərəcədə zəifləyib. Onun sədr postundan bu və digər "məsləhətli” bəhanə ilə kənarlaşdırılacağı da vurğulanır.

XƏBƏR LENTİ