‘Müsavat’dan Xudatdakı hadisəyə reaksiya gəldi

SİYASƏT
17:41 11.05.2013
1754

Xudatda baş verən yol qəzasından sonra aksiya keçirməyə “cəhd göstərənləri” saxlayan polis bəzi partiyaların yerli funksionerlərini vəziyyəti qızışdırmaqda ittiham edib. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib ki, bu yolla hadisəni törədən məmuru yox, hadisəyə reaksiya verən fəalları suçlamaq istəyirlər. BBC Azərbaycancaya müsahibəsində Gülağa Aslanlı deyib ki, həbs olunanların yaxınlarına onların Bakıya aparıldığını deyiblər. Müsavat nümayəndəsinə görə hakimiyyət Müsavatı suçlamaq üçün Xudatda baş verənləri siyasiləşdirməyə çalışır. “Kimisə günahlandırmaq absurddur. Hadisəyə yerindəcə baş verən qəzaya reaksiya olub. İndi Musavat partiyasını suçlayraq məsələnin siyasiləşdirilməsinə çalışırlar”. Xatırladaq ki, mayın 9-da hərbçinin iştirakı ilə maşın qəzası baş vermiş yerdə etiraz aksiyası keçirməyə çalışan 3 müxalifətçi ilə bir yerli sakin inzibati qaydada 10 gün müddətinə həbs edilib. “Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşmuş və bu zəmində hər iki şəxs arasında mübahisə baş vermişdir. Məsələ Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsində araşdırılmış və öz qanuni həllini tapmışdır”, - Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir. Polis “qanunsuz” aksiya “iştirakçıları” və “təhrikçilərinin” müəyyənləşdirilmisi üzrə işin davam etdirildiyini bildirsə də yeni həbslər barədə məlumat verməyib.

OXŞAR XƏBƏRLƏR