Müsavatın təşkilat sədri istefa verdi

Müsavatın təşkilat sədri istefa verdi
SOSİAL
11:00 23.05.2017
927
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib.

Bu barədə "Report"a F.Mehdiyev özü məlumat verib.

O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib:

"Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm".

Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.

OXŞAR XƏBƏRLƏR