Müsəlman qız daş ağlayır - FOTO

DÜNYA
15:44 04.02.2014
2222
Bu qızı görənlər heyrətlənir, təccüblənirlər. Bəziləri onun möcüzə olduğunu, mələklərlə danışdığını, bəziləri isə tam əksinə - qızın bədənində cin olduğunu deyirlər.
İstənilən halda bu qız mütəxəssislər tərəfindən ciddi müayinə olunmalı, onun durumu araşdırılmalıdır.
Milli.Az Al Arab-a istinadən bildirir ki, Yəməndə yaşayan 12 yaşlı Sədiyyə Məhəmməd Saleh daş ağlayır.
Onun gözlərindən yaş damlaları axmır - kiçik daşlar düşür.
Yəmənin paytaxtı Sənadakı həkimlər naçar qalıblar. Onlar balaca Sədiyyənin durumunu anlamır, fenomeni izah edə bilmirlər.
Al Azal Channel isə bildirir ki, Sənadakı mərkəzi hospitalda müayinə olunan Sədiyyə qorxaraq ağlayıb və bu zaman onun gözlərindən kiçik daşlar diyirləniblər.
Olay Sədiyyənin yaşadığı kiçik kənddə təlaşa səbəb olub.
"Kəndlilər qorxublar. Onlar deyirlər ki, qızın bədənində cin, şeytan var. Kəndlilər Sədiyyənin ailəsinin həmin məkanı tərk etməsini istəyirlər. Sədiyənin atası isə deyir ki, qızına cadu ediblər", - həkimlər söyləyiblər.
OXŞAR XƏBƏRLƏR